Kombilərin yaratdığı ÖLÜMCÜL TƏHLÜKƏ – “Yavaş-yavaş qana qarışır, sonda isə...”

Hazırda oxunan: Kombilərin yaratdığı ÖLÜMCÜL TƏHLÜKƏ – “Yavaş-yavaş qana qarışır, sonda isə...”

131721

Təmiz hava insan sağlamlığı üçün vacib olan amillərin başında gəlir. Şəhər həyatı yaşayan insanların əksəriyyəti ömrünün çoxunu  qapalı otaqlarda, yaxud ictimai nəqliyyatda oksigeni daha az olan mühitlərdə  keçirməli olur. Bu da bir sıra ciddi sağlamlıq problemləri yaradır. Təmiz hava almaq üçün əldə etdiymiz qısa fürsətlərdə isə hava yerinə avtomobillərin qazını, küləyin yaratdığı toz-torpağı udmalı oluruq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər dəfə atmosfer havasının keyfiyyəti ilə bağlı məlumatlar açıqladıqca narahatlıq daha da artır. Belə ki, monitorinq gündəlik olaraq, Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Son vaxtlar açıqlanan bütün məlumatlarda havada dəm qazının miqdarı artıq göstərilir.

Bir neçə gün əvvəl açıqlanan məlumatda da qeyd olunub ki, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7 dəfə, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasının səbəbinin nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədar olduğu açıqlanıb.

Bəs, havanın bu qədər çirklənməsi insan sağlamlığını necə təhdid edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər  Əliyev bildirib ki, havanın dəm qazı ilə bu qədər çirklənməsində qazanxanaların, kombilərin rolu çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz”a İDDİA – “Keyfiyyətsiz qaz kombilərimizi xarab edir”


Onun sözlərinə görə, karbon qazının havada  artıq olması insana mənfi təsir göstərir və qanda olan oksigenin həll olunmasına imkan vermir: 

“Havada dəm qazı artıq olanda oksigeni udur, ona görə də təhlükəlidir. Dəm qazı yanma zamanı, yanma tam getməyəndə yaranır”. 

Ə.Əliyev onu da bildirib ki, Bakıda məişətdə istifadə olunan kombilərin sayı həddindən artıq çoxdur ki, bu da gələcəkdə paytaxtımızda daha ciddi problemlər yaradacaq. Onun sözlərinə görə, karbon oksidi dayanıqlı deyil. Əks təqdirdə, artıqlığı ciddi təhlükələr yarada bilər: 
“Dəm qazının artıqlığı daha çox qapalı məkanlarda qorxuludur. Qan dövranına qarşır və qanda oksigeni azaldır. Ona görə də insanın başı hərlənir və birdən-birə huşunu itirir. Amma Bakının havası əsasən oynaq olduğu üçün açıq havada tez dağılır və təhlükəli olmur”.  

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin