Ağdamın Əliağalı kənd sakini İmdad Məhərrəmov köçkün həyatı yaşadığı 30 il ərzində Qarabağdan gətirdiyi atları göz-bəbəyi kimi qoruyub saxlayıb. Məqsədi həmin atları yenidən Ağdama qaytarmaq və onların sayını artırmaqdır.
Bizim.Media-nın Aran bürosunun əməkdaşı İmdad Məhərrəmovla həmsöhbət olub.
Məhərəmmovlar ailəsi 1993-ci il ildə Ağdamdan məcburi köçkün düşüb, 30 ilə yaxın vətən həsrəti ilə yaşayıblar. 44 günlük Vətən müharibəsində, Azərbaycan ordusunun parlaq qələbəsindən sonra Məhərrəmovlar ailəsi Ağdama qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
İmdad Məhərrəmov 1993-ci ildə Ağdamı tərk edən zaman Qarabağın incisi olan atları özü ilə gətirməsini həvəslə nəql edir:
“Biz o yerlərə qayıdacağımıza əmin idik. Heç vaxt inamımızı itirməmişik. Qoruyub saxlamaq üçün 20 at gətirdim ki, geri qayıdanda onları da özümlə Ağdama aparım. Elə həmin gündən bu at cinslərini qoruyub saxlamağı özümə borc bildim. Bir çox yaxınlar, dostlar üçün də hədiyyə etdim ki, atların nəsli artsın. Həmçinin, təsərrüfatımızda da həmin atların balalarından saxladım.
İndiki qalan atlar həmin Qarabağdan gələn atların 15-ci nəslidir. Qoruyub saxlamışıq, hətta atlara yeriş, şaha qalxmaq üçün təlimlər də keçirik. Qarabağ atları çox dözümlü qaçışı və zahiri görünüşü ilə seçilən atlardır həm də çox etibarlıdırlar".
İmdad Məhərrəmovun ötən illər ərzində ümid bəslədiyi arzusu artıq gerçək olub:
"Məqsədim bu at cinsini qoruyub saxlayıb, yenidən Ağdama, Qarabağ torpaqlarına qaytarmaq olub. İndi Ağdamımız şanlı ordumuzun qələbəsi nəticəsində yağı düşməndən azad olunub. Hazırda azad Ağdamımızda dövlətimiz tərəfindən geniş tikinti-quruculuq işləri görülür və biz yenidən abad, firavan Ağdamda yaşayacağıq. Elə bu atları da Qarabağ torpağında yenidən saxlayıb artıracağıq".
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 20.04.2023
Qarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: “Qayıdacağımıza əmin idik” – FOTO
Hazırda oxunan: Qarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: “Qayıdacağımıza əmin idik” – FOTO
Hazırda oxunan: Qarabağ atlarını 30 ildir qoruyan Ağdam sakini: “Qayıdacağımıza əmin idik” – FOTO
131715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.