90 yaşlı Zeynəb nənə öz elindən - Dərələyəzdən danışır - VİDEO 

Hazırda oxunan: 90 yaşlı Zeynəb nənə öz elindən - Dərələyəzdən danışır - VİDEO 

131644

Zeynəb Abbasova Kəngərli rayonunun Çalxanqala kəndinin ən yaşlı sakinlərindən sayılır. 30 ildən artıqdır ki, Çalxanqala kəndi Qərbi Azərbaycandan gələnlərə qucaq açıb. Amma yurd nisgili, vətən həsrətini ovundurmağa bu dağ kəndinin gözəllikləri də yetərli olmayıb. 

Öz doğma yurdundan didərgin düşən Zeynəb nənənin gözləri hey yol çəkər. O yol onu qədim Dərələyəz mahalının Ağkəndinə aparar... 

Ömrünün ahıl çağını yaşayan Zeynəb nənə doğma ev-eşiyini tərk edərkən özü ilə bərabər qədim məişət əşyalarını da gətirməyi unutmayıb. 

Bizim.Media xəbər verir ki, Naxçıvan televiziyasının əməkdaşları Qərbi azərbaycanlılarla bağlı növbəti reportaj hazırlayıb. 

Həmin reportajı təqdim edirik: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin