"Globus Travel"dən şəhidin dəfnində iştirak edən şəxsə qarşı hörmətsizlik...

Hazırda oxunan: "Globus Travel"dən şəhidin dəfnində iştirak edən şəxsə qarşı hörmətsizlik...

131636
Bu günlərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ziya Həsənovun dəfn mərasimində iştirak edən qohumlarından biri ciddi problemlə üzləşib. Daha doğrusu, vətəndaşa probelmi "Globus Travel" turizm firması yaradıb.xa0

xa0xa0
Moderator.az-ın xəbərinə görə, şəhid Ziya Həsənov ayın 7-də Bərdədə dəfn edilib. Ziya Həsənovun xalası oğlu Ukraynada yarışlara gedəcəkmiş. Bunun üçün "Globus Travel"dən bilet alıbmış. Ancaq Ziyanın şəhid olduğunu eşidəndən sonra səfərini təxirə salıb.xa0


Bileti geri qaytarmaq istəsə də ona bildirilib ki, bu, mümkün deyil. Halbuki başqa turizm şirkətləri fors major hallarda biletləri yarı qiymətinə olsa da geri götürürlər. xa0


Maraqlıdır ki, şəhidliyin ən uca zirvə olması ilə bağlı öz Facebbok səhifəsində çoxsaylı paylaşımlar edən şirkət şəhidin dəfnində iştirak edən vətəndaşın hüquqlarını pozur.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin