“Biz işğaldan azad edilən ərazilərimizdə dağıdılan bütün məscidləri bərpa edəcəyik. Ağdam məscidində donuz saxlanması bütün müsəlman aləminə təhqirdir. Bu təhqiri edənlər siyasi müstəvidə özlərinə yer tapmağa çalışırlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident ikibaşlı sualına görə iranlı jurnalistə sərt cavab verdi
Prezident dəfələrlə İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşlərində Dağlıq Qarabağda yerləşən mədəniyyət və tarixi abidələrimizin erməni qəsbkarları tərəfindən dağıdılması məsələsini qaldırdığını deyib:
“Müsəlman ölkələrinin liderlərinə üz tutub deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır.
İşğaldan azad etdiyimiz Zəngilan rayonunun məscidlərindən birində donuz saxlanılırdı. Təsəvvür edin, Pənahəli xanın sarayı tövləyə çevrilmişdi.
Bu görüntüləri xahiş edirəm bütün dünyaya yayın. Hər kəs islamafob xisləti ilə fərlənən Ermənistanı tanısın. Bütün məscidlərimizi bərpa edəcəyik.
Artıq beynəlxalq təşkilatlar və İslam ölkələrinin rəhbərləri bununla bağlı öz məsləhətlərini verirlər. Biz bu işləri İslam həmrəyliyinə bağlamalıyıq. Müsəlman ölkələri arasındakı birlik və həmrəylik hamımız üçün lazımdır”.
Alçina Amilqızı, Bizim.Media