Qida Təhlükəsizliyi Agentliyi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil olan donuzların Afrika taunu, klassik taunu, qrip və vezikulyar stomatit xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçirəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, aprelin 25-dən aprelin 29-dək Bakı şəhərində, Abşeron, Qax, Qəbələ, İsmayıllı, Kürdəmir, Qusar və Xaçmaz rayonlarında ailə və fermer təsərrüfatlarında saxlanan donuzlar arasında monitorinq keçiriləcək.
Monitorinqlər zamanı həmin xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələrin götürülməsi, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:24 / 19.04.2023
Xüsusi təhlükəli donuz xəstəliklərinə qarşı monitorinqlər keçiriləcək
Hazırda oxunan: Xüsusi təhlükəli donuz xəstəliklərinə qarşı monitorinqlər keçiriləcək
Hazırda oxunan: Xüsusi təhlükəli donuz xəstəliklərinə qarşı monitorinqlər keçiriləcək
131553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.