QMİ sədri: “Azərbaycan dindarları qalibiyyət yolunda mübarizəyə hər an hazırdırlar”

Hazırda oxunan: QMİ sədri: “Azərbaycan dindarları qalibiyyət yolunda mübarizəyə hər an hazırdırlar”

131547

“Dinindən və məzhəbindən asılı olmayaraq, bütün Azərbaycan dindarları dövlət rəhbərimizi həmişə dəstəkləyirlər. Biz dindarlar dövlətimizin başçısının rəhbərliyi ilə müqəddəs amallar uğrunda, haqq-ədalətin qalibiyyəti yolunda mübarizəyə hər an hazırıq və bu siyasətin zəfərinə qəlbən inanırıq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 18-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konfransda səsləndirib. 

Şeyxülislam bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən qonşuları, o cümlədən İran dövləti ilə mehriban qonşuluq, islami həmrəylik prinsiplərinə əsaslanan münasibətlər qurmaq, bütün müstəvilərdə əlaqələri dərinləşdirmək niyyəti nümayiş etdirib.

Bu gün də Azərbaycan cəmiyyəti bu prinsipləri əsas tutur və eyni münasibəti qarşı tərəfdən də gözləyir. 

Vurğulanıb ki, Ulu Öndərimizin ən böyük arzusu olan ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması artıq reallığa çevrilib. 
"Azərbaycanı dünya miqyasında qalib ölkə, zəfər çalmış xalq kimi qürurunu yüksəkliyə qaldıran, Ulu Öndərin vəsiyyətini yerinə yetirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük zirvələr fəth edəcəkdir", - deyə Allahşükür Paşazadə əminliklə bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin