Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO 

131525

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib. 
Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb. 

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. 

Sonda xatirə fotosu çəkdirilib. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin