“5 ildən sonra sülhməramlıların fəaliyyətinə son qoyula bilər” – Prezident 

Hazırda oxunan: “5 ildən sonra sülhməramlıların fəaliyyətinə son qoyula bilər” – Prezident 

13150

“Hədəfimiz ərazi bütövlüyümüzün bərpası idi və buna nail olduq”

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri britaniyalı jurnalistin sualını cavablandırarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qarşıda Ermənistanla sülh sazişi imzalaya bilərik” – PREZİDENT 


“Şəhidlərin qisasını aldıq. Xarici hərbçilərə gəlincə, bu əsgərlər hərbi baza anlamına gəlmir.

Sülhməramlı missiyanı icra edirlər. Hesab edirəm ki, ara sıra problemlər olsa da, ümumilikdə fəaliyyətləri qənaətbəxşdir. 

Onların fəaliyyəti 5 ilə nəzarərdə tutulur. 5 ildən sonra Azərbaycanda fərqli fikir yaransa, sülhməramlıların fəaliyyətinə son qoyulacaq.

Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzi isə sabitlik üçün önəmli faktordur. 

Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı dəqiq olmayan məlumatlar dolaşır. Onların orada olması azərbaycanlı əhalinin də işğaldan azad olunan torpaqlara təhlükəsiz qayıtmasına şərait yaradacaq”,- deyə ölkə başçısı jurnalistin sualına aydınlıq gətirib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin