Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.8, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində isə 1.2 dəfə yüksək müəyyən edilib.
Qeyd olunub ki, sinoptik vəziyyətə və toz proqnoz modellərinə əsasən havada müşahidə olunan toz transsərhəd xarakterlidir. Yaxın iki gün ərzində tozlu hava şəraitinin davam edəcəyi gözlənilir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:47 / 18.04.2023
Yaxın iki gün ərzində tozlu hava şəraiti davam edəcək
Hazırda oxunan: Yaxın iki gün ərzində tozlu hava şəraiti davam edəcək
Hazırda oxunan: Yaxın iki gün ərzində tozlu hava şəraiti davam edəcək
131496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.