Bu il BÖYÜK ƏFV olacaq? – Komissiya üzvündən AÇIQLAMA

Hazırda oxunan: Bu il BÖYÜK ƏFV olacaq? – Komissiya üzvündən AÇIQLAMA

131464

2023-cü ilin başlanğıcından etibarən Əfv Məsələləri Komissiyasının mütəmadi iclasları keçirilir. Davamlı olaraq keçirilən iclaslarda komsiyya üzvləri tərəfindən vətəndaş müraciətlərinə baxılır. 

Bu istiqamətdə intensiv işlərin görülməsi isə cəmiyyətdə böyük əfv sərəncamının veriləcəyi ehtimalını gündəmə gətirib.

Bəs, bu il çoxsaylı məhbusları əhatə etməsi gözlənilən böyük əfv sərəncamı verilə bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlama verib. Komissiya üzvü də əfv sərəncamının gözlənildiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ölüm cəzası almış nə qədər şəxs hazırda HƏBSDƏDİR? – AÇIQLAMA


“Artıq Əfv Məsələləri Komissiyası yanvar ayından bu məsələ ilə bağlı işlərə start vermişdi. Bununla bağlı, bir çox iclaslarımız baş tutub. Bu iclaslarda 1500 nəfərin müraciətinə və işinə baxılaraq sənədlər hazırlanmağa başlanıb.

Əfv Məsələləri Komissiyasının bütün iclasları bitdikdən sonra isə daxil olan müraciətlər hazırlanaraq, cənab Prezident İlham Əliyevə təqdim ediləcək. 

Biz hamımız bilirik ki, bu il cənab Prezident İlham Əliyevin sərəncamına əsasən "Heydər Əliyev" ili elan olunmuşdur. Və bu illə əlaqədar bir çox dövlət səviyyəli tədbirlər baş tutub. Bu tədbirlər sırasında da əfv sərəncamının olması da istisna olunmur.
Əlbəttə ki, son qərar cənab Prezidentindir. Lakin biz bilirik ki, bizim ölkə başçımız çox humanist bir insandır və yaxın zamanda bir çox ailələr əfv qərarının çıxmasına sevinəcəklər”.

Ziya Hikmətoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin