Bu il “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikada 1500-ə yaxın şəxsə aktivlər veriləcək.
Bizim.Media xəbər verir ki, bunu muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə bildirib.
O deyib ki, ötən il muxtar respublikada 400-ə yaxın ailə özünəməşğulluq proqramına cəlb edilib. Bu il isə mərhələli şəkildə 1500-ə yaxın aztəminatlı ailənin öz fərdi təsərüfatlarını formalaşdırmaq üçün aktivlərlə təmin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, artıq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti də fəaliyyətə başlayıb. 255 qısa nömrəsi və 545-64-58 nömrəli qaynar xətti nazirliyin səlahiyyətlərinə dair məsələlərin, o cümlədən məşğulluqla bağlı sualların operativ şəkildə cavablandırılması məqsədi ilə ayrılıb və həftənin iş günləri səhər saat 09:00-dan axşam saat 18:00-dək vətəndaşların xidmətindədir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:53 / 18.04.2023
Naxçıvanda 1500-ə yaxın ailə aktivlərlə təmin edilib
Hazırda oxunan: Naxçıvanda 1500-ə yaxın ailə aktivlərlə təmin edilib
Hazırda oxunan: Naxçıvanda 1500-ə yaxın ailə aktivlərlə təmin edilib
131430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.