Nazirdən vida mərasimində qisas vədi: “Heç kimin şübhəsi olmasın”x9d

Hazırda oxunan: Nazirdən vida mərasimində qisas vədi: “Heç kimin şübhəsi olmasın”x9d

131371

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə vida mərasiminə Müdafiə Nazirliyinin rəhbərliyi də qatılıb.

Moderator.az  xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov mərasimdə çıxış edib:

“Bu gün burada danışmaq çətindi, ancaq biz bunu deməliyik. Yüzillərdir ermənilərin işğalçı siyasəti davam edir. Biz şəhidlərin qisasını alacağıq və torpaqlar işğaldan azad olunacaq. Buna əmin olun. Allah rəhmət eləsin”x9d.

Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

 

“Onların qisasını alacağıq...”x9d  -  Zakir Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin