Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 17-də Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Nazir əvvəlcə Sabirabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:33 / 18.04.2023
Daxili işlər naziri Sabirabadda vətəndaş qəbulu KEÇİRDİ - FOTO
Hazırda oxunan: Daxili işlər naziri Sabirabadda vətəndaş qəbulu KEÇİRDİ - FOTO
Hazırda oxunan: Daxili işlər naziri Sabirabadda vətəndaş qəbulu KEÇİRDİ - FOTO
131327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.