Beyləqanda baş verən qəza nəticəsində Yuxarı Qarabağ kanalına düşən maşının sürücüsü Sahil Təbriz oğlu Ağayevin axtarışları davam edir.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, yerli sakinlərin bildirdiyinə görə, S.Ağayev 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
MÖVZU İLƏ BAĞLI:
Beyləqanda kollektora düşən avtomobil sudan çıxarıldı - FOTO/VİDEO
O, təxminən altı ildir xidmət edib. Bundan başqa hərbi qulluqçu yeni ailə həyatı qurub.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu