Tərtər sakinlərindən istifadə etmədikləri qazın ödənişi TƏLƏB OLUNUR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Tərtər sakinlərindən istifadə etmədikləri qazın ödənişi TƏLƏB OLUNUR? – Rəsmi AÇIQLAMA 

131278

Tərtər rayonunun Səhləbat kəndinin bir qrup sakini istifadə etmədikləri mavi yanacağa görə əlavə borcun yazıldığını iddia edirlər. Abonentlərə  borcla bağlı bildiriş də göndərilib. İddialara görə hər evə yazılan məbləğ təxminən 5-6 min manatdan artıqdır.

Bir neçə gün əvvəl mediada şikayətlənən sakinlərin problemi yenidən aktuallaşıb. Halbuki “Azəriqaz” istehsalat Birliyi narazı sakinlərin problemini araşdıracağını və məsələyə obyektiv qiymət verəcəklərini vəd etmişdi. 

Amma məsələ açıq qalıb... 

Bu dəfə narazı sakinlər Bizim.Media-ya gileyləniblər. Dediklərinə görə problem həllini tapmayıb və mavi yanacağa görə adlarına yazılan borcdan narahatdırlar. Şikayətçilər tez bir zamanda məsələyə baxılmasını və onlara yazılan əlavə ödənişlərin silinməsini istəyirlər.  
 

MÖVZU İLƏ BAĞLI:

"547 əməkdaşımıza töhmət vermişik" - “Azəriqaz”


Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında  bildirib ki, abonetlərə göndərilən bildirişlər  uçotu pozulmuş qaza görə təqdim olunan bildirişdir:

“Abonentə heç bir halda, istifadə etmədiyi qaza görə bildiriş verilə bilməz. Sayğacın klapanının bağlanmaması səbəbindən qazın verilişi davam edir. Nəticədə abonentin həmin dövrdə istifadə etdiyi mavi yanacağın sərfiyyatı sayğacın yaddaşına yazılır”.

Qurum rəsmisi baş verən halı belə izah edib:

“İstismar olunan sayğaclarda belə hallar baş verir. Baxırsan ki, kartdakı balans bitir. Klapan isə bağlanmır. Abonentin evinə qaz gedir və şəxs də o qazdan istifadə edir. Amma pul ödəmir.

İstifadə olunan qazın sərfiyyatı isə sayğacın yaddaşına yazılır. Yaddaşı oxuyub abonentin adına bildirişi göndəririk. Yəni bu, bilərəkdən, ya da bilməyərəkdən istifadə olunub. O qaz çölə getmir, evinə gedir. O borc və cərimə deyil. “Azəriqaz”cərimə yazmaq ixtiyarında deyil. Sadəcə dəymiş ziyanı bildiriş formasında abonentə təqdim edir”.

Alçina Amilqızı, Bizim.Media 


Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin