Evdar xanımlara da pensiya veriləcək? – AÇIQLAMA 

Hazırda oxunan: Evdar xanımlara da pensiya veriləcək? – AÇIQLAMA 

131275

Ölkədə 1.411 milyon  nəfərdən çox iqtisadi baxımdan qeyri-fəal qadın var. Həmin qadınların 575 min nəfərindən çoxu evdar qadınlardır. Evdar qadınlar da cəmiyyətin digər üzvləri kimi günün çox hissəsini evində müəyyən işləri görür. 

Xüsusilə, kənd yerlərində yaşayan evdar qadınlar işləyən xanımlardan dəfələrlə artıq iş görür. Əkin əkir, çörək bişirir, ev işləri ilə məşğul olurlar.

Əslində, onlar işləsə də iqtisadi baxımdan kimdənsə asılı olur. Proses bu günlə bitmir. Gələcəkdə də evdar xanımların pensiya hüququ yaranmır.

Qeyd edək ki, heç bir vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər, evdar qadınlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir.

Milli Məclisin üzvü, iqtisadı-alim Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda əsas təklif verilən məsələ müavinətin məbləğinin artırılmasıdır: 

“Mövcud qanunvericiliyə əsasən pensiya kapitalı olmayan və ya iş stajı olmayan vətəndaşlarımızın 65 yaşı tamam olan zaman onlara yaşa görə müavinət ödənilir. Bu il də yaşa görə müavinətin məbləğində artımlar müşahidə olundu. Həm evdar qadınların, həm də bir sıra vətəndaşlarımızın iş stajı 25 il olmur və ya onların pensiya kapitalının məbləği pensiya almaq baxımından yetərli olmur. 

Ona görə də bizim təklifimiz ondan ibarətdir ki, yaşa görə müavinətin gələcəkdə mərhələli şəkildə artırılması həyata keçirilsin. Pensiya almaq hüququ olmayan vətəndaşlarımız yaşa görə daha yüksək məbləğdə müavinət ala bilsinlər. Yaşa görə müavinətin məbləğinin artırılması pensiya almaq hüququ olmayan vətəndaşlarımızın pensiya yaşı tamam olan zaman sosial təminatının daha da gücləndirilməsinə gətirər”.  

Amma onu da qeyd edək ki, evdar qadınların əksəriyyətinin çox gözəl əl qabiliyyətləri var. Onlar hazırladıqlarını vəsaitə çevirməklə yanaşı, qanunvericiliyin əsas verdiyi halda, gələcək üçün pensiya almaq hüququ da qazana bilərlər.

Sözsüz ki, onlara müəyyən vergi güzəştləri tətbiq olunmalıdır  ki, qazanacaqları vəsaitdən hərtərəfli faydalana bilsinlər.  

Dünya təcrübəsində bu problemlərin həlli üçün bir neçə yanaşma tətbiq olunur. Məsələn, Rusiya, finlandiya kimi ölkələrdə uşağa qayğı əmək stajı sayılır, İtaliyada Evdar Qadınların Pensiya Fondu yaradılır, Almaniyada uşağa qayğıya görə güzəştlər və ödənişlər sistemi yaradılır. Bu sığorta işləyən vətəndaşın sosial sığortasından heç nə ilə fərqlənmir. Türkiyədə qadınlar öz yaradıcılıq məhsullarının satışını təşkil etməklə, heç bir yerdə işləməslər də pensiya hüququ əldə edə bilirlər. Bu günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan evdar xanımların pensiya kapitalının müəyyən hissəsinin dövlət tərəfindən ödəniləcəyini də açıqlayıb. 

Evdar qadınların evdə bekar oturmadığını deyən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu qəbildən olan vətəndaşlarımızın gələcək təminatı vacibdir: 

“Bu cür insanlar da yaşının müəyyən vaxtında  tək qala bilər və s. Tək olmasalar belə, onların öz xərclərini ödəyə bilməsi üçün vəsaiti olmalıdır. Bu insanlar üçün mavinət ödənilir. Amma onların gələcəkdə  pensiya almaları üçün müəyyən işlər aparıla, təşviq yolu ilə evdar insanların məşğulluğu situmullaşdırıla bilər. Bu həm onların bugünkü büdcəsinə, həm gələcəkdə alacaqları vəsaitin məbləğinə, ümumillikdə, ölkə iqtisadiyyatına fayda gətirər”.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin