BİZİM TƏQVİM: 18 apreldə nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 18 apreldə nələr baş verib?

131242

Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür. UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər ilin aprel ayının 18-də bu gün əlamətdar şəkildə qeyd olunur. Əsas məqsəd — dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Bəs, aprelin 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1923-cü ilin 18 aprelində Bakının Bibiheybət qəsəbəsindəki “Sevinc buxtası”nda ilk 6 quyu fontan vurub.

2. 18 aprel 1935-ci ildə XII Beynəlmiləl Qadın Konqresi Atatürkün himayəsində İstanbulun Yıldız sarayında toplandı. Konqresdə qadın haqları, bərabərlik, qadınların iqtisadiyyat və siyasətdə rolu, o cümlədən irqçilik və səhiyyə məsələləri müzakirə olundu.

3. 1951-ci ilin bu günü Paris Müqaviləsinin imzalanması ilə bugünkü Avropa İttifaqının əsaslarını yaradacaq ilk addım - Avropa Kömür və Polad Birliyi yaradıldı.

4. 18 aprel 1953-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi yaradılıb. Yeni nazirlik Kinematoqrafiya Nazirliyi, Mədəni-Maarif Müəssisələri Komitəsi, Radio Komitəsi, İncəsənət İşləri İdarəsi, Poliqrafiya Sənayesi, Nəşriyyat və Kitab Ticarəti İşləri İdarəsinin birləşdirilməsi nəticəsində təşkil edilib. Bundan öncə 15 mart 1953-cü il tarixdə SSRİ Mədəniyyət Nazirliyi yaradılmışdı.

5. 1954-cü ilin 18 aprelində Misirdə Camal Əbdülnasir çevriliş edərək krallıq rejiminə son qoyulub.

6. 18 aprel 1981-ci ildə tarixdə ən uzun professional beyzbol oyunu baş tutub. Bu oyun 23 iyunda başa çatıb.

7. 1989-cu ilin 18 aprel tarixində Türkiyədə süni mayalanmadan ilk uşaq İzmirdə Egey Universiteti Süni Mayalanma Mərkəzində  dünyaya gəlib.

8. 18 aprel 2001-ci ildə Azərbaycanda dövlət idarəçiliyində struktur islahatları ilə bağlı yeni nazirliklər – Yanacaq-Energetika Nazirliyi (hazırda Energetika Nazirliyi), Gənclər, İdman və Turizm Nazirliyi (hazırda Gənclər və İdman Nazirliyi) yaradılıb.

18 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün müasir fizikanın banisi, dünyanın ən məşhur və dahi alimlərindən olan Albert Eynşteynin anım günüdür. Albert Eynşteyn 1955-ci il aprelin 18-də 76 yaşında dünyasını dəyişib. 

2. Azərbaycanlı xanəndə Məcid Behbudov 18 aprel 1873-cü ildə anadan olub.

3. Azərbaycanın ilk peşəkar qadın müğənnisi, vokal sənətinin görkəmli nümayəndəsi Şövkət Məmmədova 1897-ci ilin bu günündə anadan olub.

4. Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov 18 aprel 1962-ci ildə dünyaya gəlib.

5. Azərbaycanın Milli Qəhrəmanı “Topçu İskəndər” – İsgəndər Aznaurov 18 aprel 1993-cü ildə şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin