Qəzada yaralandı - 10 gün sonra xəstəxanada ÖLDÜ

Hazırda oxunan: Qəzada yaralandı - 10 gün sonra xəstəxanada ÖLDÜ

131159

On gün öncə Qəbələ şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan piyada bu gün xəstəxanada keçinib.

Faktı Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər. 

Məlumatda qeyd olunur ki, aprelin 7-də şəhər ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Vəndam qəsəbə sakini, 55 yaşlı Yaqub Hacıyevi vurub. 
Kəllə-beyin xəsarətləri alan piyada ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq  Y. Hacıyev bu gün vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan o da bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin