Cəbhənin Fizuli istiqamətində gedən döyüşlər zamanı bir neçə erməni tankı və digər texnikası məhv edilib.
Xatırladaq ki, bundan əvvəl cəbhədə vurulmuş erməni tankının videosunu göstərmişdi.
Kadrlardan görünür ki, düşmənin T-72 tankı aldığı zərbədən darmadağın olub, tankdan əsər-əlamət qalmayıb. Tankın qülləsi onlarla metr kənara uçub. Rusiyalı jurnalist erməni hərbçilərinə istinadən xəbər verir ki, T-72 tank əleyhinə raketlə vurulub. Həmin kadrları təqdim edirik.
































































































