4 gündür Ermənistanda saxlanılan hərbçilərimizdən YENİ XƏBƏR – BQXK əsirlərimizə baş çəkib?

Hazırda oxunan: 4 gündür Ermənistanda saxlanılan hərbçilərimizdən YENİ XƏBƏR – BQXK əsirlərimizə baş çəkib?

131155

Azərbaycan Ordusunun iki əsgərinin Ermənistanda əsir saxlanılanılmasından 4 gün keçir. Aprelin 13-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən və ermənilər təfəindən əsir götürülən azərbaycanlı əsgərlərin saxlanma şəraiti ilə bağlı məlumat hələki yoxdur. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları erməni əsirliyində saxlanılan hərbçilərimizə baş çəkməyib.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynova verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər əsgərimizə qarşı işgəncə görüntülərini niyə yaydılar? – SƏBƏBLƏR


Onun sözlərinə görə əsirlərə başçəkmə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi əlaqədar qurumlarla əlaqə saxlayıb və dialoq aparır:

“Mümkün qədər həmin başçəkmənin tez həyata keçirilməsi üçün çalışır. O ki qaldı başçəkmə zamanı gördüklərini və tövsiyyələrini yalnız saxlayan tərəflə ikitərəfli konfedensial şəraitdə müzakirə edir. BQXK ancaq və ancaq başçəkmə baş verdikdə bu barədə ictimaiyyətə məlumat verəcək”. 

Qeyd edək ki, əsir götürülən Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistanda əsir saxlanılır. Hərbçilərimizdən biri – Hüseyn Axundov ermənilər tərəfindən döyülərək işgəncə verilmişdi.

İşgəncə ilə bağlı foto və görüntülər isə “Baqramyan26” teleqram kanalında (Ermənistan hökumətinə aiddir) yayılmışdı. 

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Onu da bildirək ki, əsgərlərin azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin