Sumqayıtda dənizkənari yola minlərlə qızılgül əkildi

Hazırda oxunan: Sumqayıtda dənizkənari yola minlərlə qızılgül əkildi

131101

Sumqayıt-Novxanı çimərliyi istiqamətindəki ikitərəfli magistral yolun ortasına yol uzunu müxtəlif rəngli minlələrə qızılgül əkilib. Bu barədə Moderator.az-ı Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, əkilən qızılgüllər magistral yol boyu mənzərəni tamamilə dəyişib, ətraf ərazini estetik baxımdan gözəlləşdirib:

"Sumqayıtın "Şəhidlər Xiyabanı" istiqamətindən Novxanı çimərliyinə qədər uzanan magistral yolda əkilən minlərlə qızılgül bir neçə kilometrlik bir ərazidə yolun və ətraf ərazilərin mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. Düz xətt boyu uzanıb gedən qızılgüllər son vaxtlara qədər baxımsız qalan, cansıxıcı görüntüyə malik ərazinin yaşıllaşmasına səbəb olub. Həyata keçirilən məlum yenilikdən məmnunluğunu ifadə edən şəhər sakinləri hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu qəbildən həyata keçridiyi yeniliklər "Gənclər şəhəri"nin daha da gözəlləşməsi, ənənəvi yaşıllığını bərpa etməsi baxımından müstəsna əhəmiyyətə malikdir".

 

 

Sumqayıtda dənizkənari yola minlərlə qızılgül əkildi Sumqayıtda dənizkənari yola minlərlə qızılgül əkildi Sumqayıtda dənizkənari yola minlərlə qızılgül əkildi Sumqayıtda dənizkənari yola minlərlə qızılgül əkildi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin