Yuxarı Qarabağ kanalı bəndi yarıb.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə rayon Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində baş verib.
Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Əraziyə xeyli sayda texnikalar cəlb olunub. Bənd bərkitmə işləri aparılır ki, daha böyük fəsadların qarşısı alınsın.
Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində insan və mal - qara tələfatı olmayıb. Kanalın yarılmasına səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu