Fazil Mustafa Tünzalə Ağayevanın bu addımını alqışladı... - Video

Hazırda oxunan: Fazil Mustafa Tünzalə Ağayevanın bu addımını alqışladı... - Video

131028
"Bu gün avtomobildə gedərkən radioda müğənni Tünzalə Ağayevanın bir mahnısını ilk dəfə olaraq dinlədim. "Gülbahar". Hüseyn Cavidin məşhur şerinə yazılmış mahnı idi. Musiqisi də, üslubu da çox xoşuma gəldi. İnanın ki, bu şeirin necə populyarlaşdırılması barədə çox düşünmüşəm. Bu şeir Azərbaycan övladlarının sağlam düşüncədə tərbiyələndirilməsi üçün unikal bir mesaja malikdir. Mahnı da olduqdan sonra sözlərini övladlarımız daha tez yaddaşlarına köçürə bilərlər. Bəstəçisinin kim olduğunu bilmirəm. Hər şeyi tez bəyənən olmasam da, bu dəfə bəstəçiyə də, müğənniyə də bu mahnıya görə təbrik düşdüyünü rahatlıqla söyləyə bilərəm. Allah böyük dəyərimiz olan Hüseyn Cavidin də ruhunu şad etsin! Mahnının youtube variantı olsaydı məmnuniyyətlə paylaşardım".

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin