"Azərbaycanlı radikalların lideri kimi tanınmış Əlixan Musayev bu gün mənə Watsapla mesaj göndərdi və məni hədələdi ki, sənə başqa cür nəsihət etmək lazımdır. Onun da vaxtı var və yaxında görəcəksən".
Bunu Moderator.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib.
Əkrəm Həsənov Azərbaycan hüquq-mühafizə orqanlarından xahiş edir ki, bu məsələni diqqətdə saxlasınlar: "Həyatım təhlükədədir və xahiş edirəm ki, buna qarşı tədbir görəsiniz. Mən ailəliyəm və iki qızım var. Radikal lider məni ölümlə hədələyir. Başıma bir hadisə gəlsə, ailəmə kim baxacaq?
Onu da qeyd edim ki, mətbuatda mən və Azərbaycanda tanınmış din alimlərinin-İlqar İsmayılzadənin (ilahiyyat elmləri doktoru), Samid Quliyevin (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu), Əli Rzazadənin (ilahiyyatçı, yazar), Atif İsmayılovun(ilahiyyatçı), İlkin Qayıbovun (ilahiyyatçı, məscid imamı) -Əlixan Musayevin Suriyada cihadla bağlı səs yazısına bəyanatımız yayınlanmışdı.
Bildirdim ki, hazırda əsas diqqətimiz erməni müsəlman davasına qarışıb, vətənpərvərliyi tərənnüm edən mövzular yazırıq. Əlixan Musayev isə öz müsəlman qardaşlarının əleyhinə təbliğat aparır. Belə deyəndə o götürüb saytda gedən bəyanatımızın surətini göndərdi və dedi ki, ermənilərin şəkli buradadır. Hansı ki, oradakı şəkil dövlətimizi dəstəkləyən biz ilahiyyatçıların şəkli idi. Bizə yönəlik bu təhqirlə bağlı olaraq müvafiq qurumlardan həmin şəxs barəsində ciddi tədbir görməsini xahiş edirik. Bu şəxs Azərbaycan xalqını, dövlətimizi dəstəkləyənləri erməni hesab edir. Ona görə də onun barəsində ciddi tədbirlər görülməlidir. Bu insan getdikcə daha da radikallaşır. Bu insan tək məni yox, bütün ilahiyyatçıları, həmvətənlərimizi, Qarabağ uğrunda döyüşən insanlarımızı təhqir edib. Buna hüquqi qiymət verilməlidir".


























































































