“Düşünürəm ki, bu bilərəkdən edilən bir addım ola bilər. Çünki daim internetin olmasına baxmayaraq, həmin hadisənin baş verdiyi zaman internet kəsildi. Bizə də qəribə gəldi, çünki internetdə problem yox idi”.
Bizim.Media xəbər verir ki, bunu xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev jurnalistlərə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Mətbuat katibi: “Ermənilərdə Azərbaycanofobiya var” - VİDEO
“Ermənilər televiziyada bayrağımızın yandırılması epizodunu bilərəkdən göstərməmişdilər. Bir müddət sonra biz hadisənin sosial şəbəkələrdə yayıldığını gördük. Biz o anda internetin niyə kəsildiyini anladıq. Yəqin ki, bu hadisənin yayılmasının qabağını almaq üçün kəsmişdilər”, - deyə Kənan Məstəliyev qeyd edib.
O bildirib ki, İrəvandakı yarışda ancaq Türkiyə yığmasının dəstəyini görüblər: “Biz eyni mərtəbədə mehmanxanada qalırdıq, ünsiyyətdəydik. Onlar bizə ilk anda da dəstəklərini, yanımızda, bizimlə həmrəy olduqlarını bildirdilər”.