Xızı rayonunda bu gün saat 15 radələrində baş verən partlayış zamanı xəsarət alan 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Xızıdakı partlayış BU SƏBƏBDƏN baş verib - YENİLƏNİB
Məlumata görə, onun vəziyyəti orta ağırdır.
Qeyd edək ki, sursat partlayışı nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilov həlak olub, 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media