Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO 

Hazırda oxunan: Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO 

130984

Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun bu rayondan keçən hissəsində Tala çayı üzərində yerləşən körpüdə bir sıra fəsadlar ortaya çıxdığından alternativ yoldan istifadə olunacaq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib.  

50 ildən sonra, yəni 2017-ci ildə körpüdə yenidənqurma və əsaslı bərpa işləri aparılıb.  Uzunluğu 132 metr, eni 7 metr olan körpüdə təmirdən sonra hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metrə kimi genişləndirilib.  

Son təmir işləri aparılarkən körpüdə konstruksiya işləri düzgün icra edilmdiyindən   tez-tez dağılaraq, yararsız hala düşürdü. Bu isə avtomobillərin körpüdən hərəkətində çətinliklər yaradırdı.  

Təmir işləri ilə əlaqədar olaraq bütün avtomobillər alternativ yoldan istifadə edir. 
Rayon icra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, təmir işlərinin tez yekunlaşdırılması üçün yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.  

 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin