Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi əlaqədar Qubada xeyirxah aksiya baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba icra hakimiyyətinin məsul şəxsləri və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri ata-ana qayğısından uzaq düşən uşaqlara baş çəkiblər.
Əvvəlcə Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb, ruhu hörmətlə anılıb.
Sonra Qubanın Zərdabi qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün olan tam orta internat məktəbinə gedən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri qayğıya ehtiyacı olan uşaqlarla görüşüblər.
Sonra məktəbin şagirdlərinə hədiyyələr təqdim edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:43 / 15.04.2023
Qubada valideyn himayəsindən məhrum uşaqlara BAŞ ÇƏKİLDİ - FOTO
Hazırda oxunan: Qubada valideyn himayəsindən məhrum uşaqlara BAŞ ÇƏKİLDİ - FOTO
Hazırda oxunan: Qubada valideyn himayəsindən məhrum uşaqlara BAŞ ÇƏKİLDİ - FOTO
130971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.