“Ramazan ayının son on günlüyünü yaşayırıq. Çalışaq ki, son on günün feyz və bərəkətindən daha çox yararlanaq. Rəbbimizə daha çox dua edək, gücümüz çatan qədər imkansız insanlara dəstək olaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov sosial şəbəkə hesabında deyib.
“Bölücülükdən, təfriqədən, bir-birini bəyənməməkdən, müsəlman qardaş və bacılarımıza dil uzatmaqdan uzaq olaq” - deyə C.Məmmədov paylaşımında qeyd edib.
O, Ramazanın birlik və həmrəylik ayı olduğunu vurğulayıb:
“Bu mübarək ayda Rəbbimizə, birlik və həmrəyliyimizə xələl gətirən əməllərdən uzaq olacağımıza dair əhd edək. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət etsin!”
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 15.04.2023
Deputat: “Bölücülükdən, bir-birini bəyənməməkdən uzaq olaq”
Hazırda oxunan: Deputat: “Bölücülükdən, bir-birini bəyənməməkdən uzaq olaq”
Hazırda oxunan: Deputat: “Bölücülükdən, bir-birini bəyənməməkdən uzaq olaq”
130940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.