Azərbaycan buğda idxalını artırdı – SƏBƏBLƏR 

Hazırda oxunan: Azərbaycan buğda idxalını artırdı – SƏBƏBLƏR 

130908

Rəsmi məlumatlara görə, cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 94.8% və ya 173 min 283 ton, məbləğ baxımından isə 74.3% və ya 46 mln. 397 min çoxdur.

Bu isə o deməkdir ki, cari ilin ilk üç ayında Azərbaycan buğda idxalını 95 faizə qədər artırıb? 

Görəsən, hansı amillər buğda idxalının bu qədər artımına rəvac verib?

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, buğda idxalının kəskin artımı problemlərdən yan keçmək üçün daha çox ehtiyatın yaradılmasına hesablanmış addımdır:

“Keçən ilin birinci rübü Ukraynada müharibənin başlanması və gərginliyin artması ilə yadda qaldı. Bəzi loqistik xətlər fevralın sonu, mart ayında dayandırıldı. Nəticədə taxılın qiymətində kəskin artım müşahidə olunurdu. Güman ki, o zaman Azərbaycan Taxıl Fondundakı ehtiyat buğdadan istifadə etməli oldu. Taxıl Fondunda ehtiyatda azı 200-250 min ton buğda saxlanılmalıdır”.

O bildiirb ki, məhz Rusiya-Ukrayna müharibəsinə görə, keçən ilin həmin dövründə ölkəyə gətirilən taxılın həcmi azaldı və nəticədə ehtiyat buğdadan daha çox istifadə olundu:

“Ona görə də keçən ilin taxıl üzrə ixrac rəqəmlərində ciddi azalma müşahidə olundu. İndi isə normaya geri dönür. Bu səbəbdən keçən ilin qarışıqlıq dövrü ilə müqayisədə az qala iki dəfəyə yaxın buğda ixrac edilib. Bu isə taxıl ehtiyatının artırılması və gələcəkdə baş verə biləcək müəyyən problemlərə görə, daha çox ehtiyatın yaradılmasına hesablanmış addımdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin