“Dostumuz Fazil Mustafaya baş çəkdik. Səhhəti və əhvalı yaxşıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri evinin qarşısında sui-qəsd nəticəsində yaralanan Milli Məclisin deputatı Fazil Mustafanı ziyarət edən millət vəkili Etibar Əliyev deyib.
O, “Facebook” səhifəsində F.Mustafa ilə görüşündən foto paylaşıb.
“Fazil bəyə gələcək fəaliyyətində uğurlar arzuladıq” – deyə o, qeyd edib.
Qeyd edək ki, sui-qəsd hadisəsi martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 15.04.2023
Fazil Mustafanın vəziyyəti necədir? – Millət vəkilindən AÇIQLAMA
Hazırda oxunan: Fazil Mustafanın vəziyyəti necədir? – Millət vəkilindən AÇIQLAMA
Hazırda oxunan: Fazil Mustafanın vəziyyəti necədir? – Millət vəkilindən AÇIQLAMA
130876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.