Elə yazın, prezident döyüşə əmr versin...

Hazırda oxunan: Elə yazın, prezident döyüşə əmr versin...

130867












Siz Vətən şeirlərin, söylə necə yazdınız?
Qarabağı heç zaman unutmayın şairlər.
Ruh dəyişdi, bir anlıq fikirdənmi azdınız ?
Qarabağı heç zaman unutmayın, şairlər.

Gecələri düşünün, açılanda dan, yazın,
Əbədi cuşa gəlsin damarlarda qan, yazın.
Yazın o Kəlbəcərdən, yazın Şuşadan yazın,
Qarabağı heç zaman unutmayın, şairlər.

Ürəyimdə neçə dərd boya çatdı, irildi,
Sağlarım ölü kimi, ölülərim dirildi.
Qarabağ qan ağlayır elsiz iyirmi bir ildi
Qarabağı heç zaman unutmayın, şairlər.

Birin yazıb durmayın, yazın, beşindən yazın.
Rusun, erməninin qanlı işindən yazın.
Xocalıda kəsilən gəlin döşündən yazın
Qarabağı heç zaman unutmayın, şairlər.

İstəmirəm o Tanrı kimsəyə səbr versin
Vətəni sevək ki, biz, öləndə qəbir versin.
Elə yazaq, Prezident döyüşə əmr versin
Qarabağı heç zaman unutmayın, şairlər.

Yaralı məmləkətin, söyləsin qan, şairi
Vətən, Vətən deməli verəndə can, şairi.
Gərək vulkan püskürsün Azərbaycan şairi
Qarabağı heç zaman unutmayın, şairlər.

Səxavət Kəlbəcərli, Yazıçılar Birliyinin üzvü, gənc şair
2015-ci il
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin