Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Qaradağ rayonu akvatoriyasına balıq körpələri buraxılıb.
Bu barədə Bizim.Media-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.
Onun sözlərinə görə, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin rəsmilərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib:
"Tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına 10 min ədəd qızılbalıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib".
Xidmət rəsmisinin sözlərinə görə, balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq:
"Bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edirik ki, buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərsinlər, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!" aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə versinlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:35 / 14.04.2023
Xəzər dənizinə qızılbalıq körpələri BURAXILDI - FOTO
Hazırda oxunan: Xəzər dənizinə qızılbalıq körpələri BURAXILDI - FOTO
Hazırda oxunan: Xəzər dənizinə qızılbalıq körpələri BURAXILDI - FOTO
130820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.