Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantıxa0Ramiq Zeynalovxa0da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq Daxili İşlər Nazirliyinin (DİN) general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib.
Bu barədəxa0Moderator.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya cərrahi müdaxilə edilib, bütün digər lazımixa0tədbirlər görülüb.
Hazırda onun vəziyyəti orta ağırdır.
Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantıxa0İsmət Əliyevxa0onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.


































































































