Aprelin 7-də Ali Məktəb Tələbələrinin bədii yaradıcılıq festivalına hazırlığı məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) özfəaliyyət kollektivinə baxış müsabiqəsi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən keçirilir. Tədbirdə özfəaliyyət kollektivimizin qiymətləndirilməsi professional incəsənət nümayəndələri, əməkdar incəsənət xadimləri tərəfindən aparılıb. Münsiflər heyətində tanınmış incəsənət xadimləri iştirak edib. Şair Baba Vəziroğlu, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, xalq artisti Təranə Muradova gənc istedadların bacarıqlarını qiymətləndiriblər.
ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan bu tədbirdə universitetin tələbələri yaradılan imkandan istifadə edərək, öz istedadlarını ortaya qoyublar. İstedadlı tələbələrimiz bütün janrlara müraciət ediblər.
ADNSU-nun “Gənclik”x9d mahnı və rəqs ansamblı tərəfindən milli rəqs sənətimizdən bir çox nümunələr təqdim olunub. “Azərbaycan Suitası”x9d, "Məzəli”x9d, “İgidlər”x9d,"Yaylıq", “Nəlbəki”x9d, Qazağı və sair rəqsləri nümayiş etdirilib. Azərbaycanın milli rəqs və mahnıları ilə yanaşı, rok və digər müasir solo ifalar da təqdim edilib. Bütün bunlarla paralel olaraq, tələbələrin fortopianoda ifası, rok mahnı qruplarının rəqs və musiqi janrlarında məharətli ifaları, o cömlədən klassik Azərbaycan mahnılarına yer ayırmaları maraqla izlənən nömrələrdən olub.
Proqrama əsasən o cümlədən energetika fakültəsinin IV kurs tələbəsi Şəhriyar Ramazanzadə "Engilsh man", "Randevu", İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin I kurs tələbəsi Gəncəli İmanov sazda ifa, və "Sarı gəlin" , İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin II kurs tələbəsi Cəmilə Nəsirzadə "At last" "Halo", "Laçın", QNM fakültəsinin II kurs tələbəsi Nərgiz Umarova, həmin fakültənin III kurs tələbəsi Kamran Bunyatovun gitarada müşaiyəti ilə "Ala gözlüm", "Şəhid" Adela Someone Like you və İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin I kurs tələbəsi Tural Kişizadə gitarada solo ifa edərək ""Xatirə" mahnılarını ifa ediblər. NM-fakültəsinin I kurs tələbələri Mövsüm Ələsgərov və Fərid Cavadov "HİP-HOp" rəqsini, pianoda NM fakültəsinin III kurs tələbəsi CAmal Qurbanov "Xəyallar" mahnısını ifa etdilər.







































































































