Barəsində cinayət xa0işi açılan yazıcı Əkrəm Əylisli haqqında başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib. Bu barədə Lent.az-a Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.
xa0
Vəkil bildirib ki, Əkrəm Əylisli istintaq dövründə Bakı şəhərindən kənara çıxa bilməz.
xa0
Qeyd edək ki, Əkrəm Əylisli barəsində cinayət işinin istintaqını Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsi aparır.
Yazıçı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.
xa0
Əkrəm Əylisi aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.































































































