Dondurulmuş qidaların orqanizmə hansı zərərləri var?

Hazırda oxunan: Dondurulmuş qidaların orqanizmə hansı zərərləri var?

130767

"Ümumiyyətlə, bir məhsul yalnız 1 dəfə dondurula bilər. Marketlərdə satılan dondurulmuş məhsulları alanda diqqətli olmaq lazımdır". 

Bu sözləri Bizim.Media-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, generatorla təmin olmayan marketdə işıqlar söndükdə dondurulmuş məhsulların buzu əriməyə başlayır:

“Daha sonra işıq yandıqda məhsul yenidən donmağa başlayır. Bunun nəticəsində qida zəhərlənməsi ola bilər. Çünki bir məhsulu ikinci dəfə dondurmaq zərərlidir. Əgər qablaşdırılmasında hər hansı bir deformasiya yoxdursa və yaxud məhsul qabın içində bir-birinə yapışmayıbsa, onda istehlak etmək mümkündür. Ev şəraitində də bu qaydalara riayət etmək lazımdır".

Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin