Naxçıvanda direktor müəllimi DÖYDÜ

Hazırda oxunan: Naxçıvanda direktor müəllimi DÖYDÜ

130757

Şahbuz rayon Daylaqlı kənd orta məktəbində direktorla müəllim arasında insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” “Facebook” səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu barədə təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən məktəb müəllimləri məlumat veriblər.

Onların sözlərinə görə, məktəbdəki haqsızlıqlara etiraz edən tarix müəllimi Məhərrəm Gülmalıyevlə direktor Yenubar Hüseynov arasında mübahisə başlayıb.

Şahid müəllimlər deyiblər ki, haqlı ittihamlar qarşısında əsəblərini cilovlaya bilməyən direktor, hirsini 60 yaşlı müəllimi şillələməklə soyudub:

“Məhərrəm Gülmalıyev savadlı, mədəni, işini bilən bir müəllimdir. O, hər dəfə müəllimlər üçün nəzərdə tutulan test imtahanlarında yüksək bal toplayır. Buna baxmayaraq, direktor bəhanələr quraraq, onu işdən çıxarıb, yerinə başqasını götürmək istəyir. Onu işdən çıxarmaq istəməsinin bir səbəbi də Məhərrəm müəllimin məktəbdə baş verən özbaşınalıqlara səssiz qalmamasıdır. 

Mübahisə iməciliyə görə baş verdi. Direktor bütün müəllimləri şənbə günü iməciliyə çıxıb, küçə süpürməyə məcbur edirdi. Məhərrəm Gülmalıyev buna irad bildirərək, küçə süpürməyin müəllimə aid iş olmadığını bildirdi. Hadisə gözümüzün qarşısında oldu. Məhərrəm müəllimin haqlı iradlarına dözə bilməyən direktor ona bir neçə şillə vurub, yerə sərdi. Müəllimlər araya girməsəydilər, daha ağır nəticə olacaqdı”.

Döyülmə hadisəsi ilə bağlı Məhərrəm Gülmalıyevin aidiyyəti qurumlara şikayət etdiyi bildirilir.

Məsələyə münasibət öyrənmək üçün məktəb direktoru Yenubar Hüseynovla əlaqə saxlasalar da o, iddialara münasibət bildirmək istəməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin