Bu gün MTN-nin şəhid polkovnik-leytenantı Elşad Quliyevin anım günüdür.
Elşad Vəli oglu Quliyev 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olub.
1990-ci ildə isə Zəngilan rayon 1 saylı orta məktəbi bitirib. 1991-ci ldə Azərbaycan Texniki Universitetinə qəbul olub.
1995-ci ildən MTN-nin xususi təyinatli dəstəsində zabit rutbəsi ilə işə başlayıb.
Dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib.
2005-ci ildə “İgidliyə görə”x9d, 2006-cı ildə “Qüsursuz xidmətə görə”x9d, 2009-cu ildə “Vətən uğrunda”x9d medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni”x9d ilə təltif olunub.
2012-ci il aprelin 6-da o, MTN-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olub. İki övladı var.



























































































