Qərbi Azərbaycan İcmasının sədrindən televiziya kanallarına MÜRACİƏT

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının sədrindən televiziya kanallarına MÜRACİƏT

130743

“Hər kanal Qərbi Azərbaycanla bağlı eyni fakt və xəritələri göstərir. Ona görə bizə müraciət etmələrini istəyirik. Televiziyaları istədikləri qədər fakt və sübutlarla təmin edə bilərik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, eyni faktları təkrar-təkrar vermək tamaşaçıları yoracaq:

“Qərbi Azərbaycanla əlaqəli əlimizdə kifayət qədər fakt və sübutlar var. İcma bunu etmək gücündədir. 400-dən artıq mütəxəssisimiz var. Qərbi Azərbaycanla bağlı olan şəxslərin hamısı orada təmsil olunur. Təklif edərdim ki, televiziyalar fərqli verilişlər yaratsın və efirə də müxtəlif insanları dəvət etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin