“Ermənistanda əsgərlərimizə işgəncələr davam edərsə, o zaman düşmən əsgərlərinin “ovu” başlayacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov itkin düşən hərbçimizin ermənilər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı deyib.
MÖVZU İLƏ BAĞLI:
Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU
"Düşünürəm ki, onlar bunun nəticələri barədə düşünməlidirlər" - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
Bizim.Media