Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılıb və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilib, mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və ya təhqir predmetinə çevrilib, eləcə də alban xristian məbədləri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb və ya dağıdılıb. Bundan başqa, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsi ermənilər tərəfindən talan edilib və dağıdılıb.
Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qafqaz Albaniyası: Dini və sosial həyatı" adlı X beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi və ya özgəninkiləşdirilməsində də məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsi olub.
“Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərini kobud surətdə pozub”, - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 14.04.2023
"İşğal dövründə ermənilər Azərbaycanda 200-ə yaxın ziyarətgahı dağıdıb" - Komitə sədri
Hazırda oxunan: "İşğal dövründə ermənilər Azərbaycanda 200-ə yaxın ziyarətgahı dağıdıb" - Komitə sədri
Hazırda oxunan: "İşğal dövründə ermənilər Azərbaycanda 200-ə yaxın ziyarətgahı dağıdıb" - Komitə sədri
130708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.