Azərbaycanda tanınmış həkim VƏFAT EDİB - FOTO

Hazırda oxunan: Azərbaycanda tanınmış həkim VƏFAT EDİB - FOTO

130694

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tariyel Salmanov vəfat edib.

Bizim.Media xəbər verir ki, T.Salmanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Salmanov Tariyel Ayaz oğlu 05 avqust 1955-ci ildə Zəngilan rayonu Şayıflı kəndində qulluqçu ailəsində anadan olub.

1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakultəsinə daxil olub, 1979-cu ildə həmin universiteti müalicə işi ixtisası üzrə bitirib.

1979-80-cı illərdə Bakı şəhəri 14 saylı Tibb Sanitar hissəsində terapevt interna işləyib, 1980-cı ildə Zəngilan rayon Şayıflı sahə xəstəxanasına həkim terapevt və həm də Zəngilan MRX-nın Təcili Tibbi Yardım sahəsinə həkim təyin olunub.

1988-cı ildə Şayıflı sahə xəstəxanasının baş həkimi təyin olunub, 1993-97-ci illərdə Zəngilan həkim əmək ekspert komissiyasının sədri işləyib.

1997-ci ildə Zəngilan Mərkəzi Rayon Xəstəxanası poliklinika şöbəsində həkim terapevt işləyib, 05 iyun 2015-ci il tarixdən Zəngilan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində işləyir.
Allah rəhmət eləsin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin