Ölkədə bir sıra market və restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI 

Hazırda oxunan: Ölkədə bir sıra market və restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI 

130653

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, istifadə müddəti bitmiş bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. 

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır: 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin