Zöhrə Abdullayevanın ayaqları tutulub, xəstəxanaya yerləşdirilib

Hazırda oxunan: Zöhrə Abdullayevanın ayaqları tutulub, xəstəxanaya yerləşdirilib

13065

Əməkdar artist Zöhrə Abdullayevanın səhhətində problem yaranıb. Ayaqları ağrıyan müğənni neçə gündür xəstəxanaya yerləşdirilib.

Bu haqda ifaçı açıqlamasında deyib. O bildirib ki, revmatizmdən əziyyət çəkir:

"Bu gün səhər xəstəxanadan çıxdım, indi yaxşıyam. Səhv müalicələrlə məni qara günə qoydular. Professor Sahib Musayev məni xilas edib. Revmatizmdən sümüklərim ağrıyırdı. Həm də balamı istəyirəm".

Aparıcı Zaur kamal isə "Həmin Zaur" proqramında Z.Abdullayeva haqda "Deyir, xəstəyəm, ayaqlarım tutulub. Əlil arabasında aparıb gətirirlər" sözlərini söyləyib.

Qeyd edək ki, müğənni bir neçə il əvvəl oğlunu itirib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin