Ağstafada OLAY: Ərinin döydüyü qadın 5 gün sonra öldü

Hazırda oxunan: Ağstafada OLAY: Ərinin döydüyü qadın 5 gün sonra öldü

130648

Ağstafada arvadını döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Məlumata görə, aprelin 8-də Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Rayon polis şöbəsində araşdırmalar başlanılaraq müvafiq ekspertiza təyin olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, yumruq və təpiklə zərərçəkənə həyat yoldaşı Ayaz Məmmədov xəsarət yetirib. 

Aprelin 13-də G. Məmmədovanın ata evində ölməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Hazırda ölümün səbəblərinin müəyyən edilməsi istiqamətində ekspertiza təyin olunub. Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin