“İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamından irəli xa0gələn vəzifələrin icrasına başlanılıb. “Azərsu”x9d Açıq Səhmdar Cəmiyyəti xa0əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.xa0
Sərəncama əsasən, xa0əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu”x9d Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, tender elanının tam mətni www.azersu.az xa0saytının “Tender və elanlar”x9d bölməsində yerləşdirilib.
xa0
Qeyd edək ki, istehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanmışdır. 01 aprel 2016-cı il tarixə olan məlumata görə xa0“Azərsu”x9d ASC tərəfindən 417550 smart sayğac xa0quraşdırılmışdır. Quraşdırılmış sayğacların 381381 ədədi əhali, 36169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244997, regionlarda isə xa0172553 ədəd smart sayğac quraşdırılıb.xa0



































































































