Kürdəmirdə yeni elektrik yarımstansiyası istifadəyə VERİLDİ - FOTO

Hazırda oxunan: Kürdəmirdə yeni elektrik yarımstansiyası istifadəyə VERİLDİ - FOTO

130548

Kürdəmirdə 35-10 kv-luq yeni elektrik yarımstansiyası tikilərək istifadəyə verilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Azərişıq ASC-nin Şirvan Regional Enerji Təhcizatı və Satış İdarəsi tərəfindən rayonun Şüşün kənd ərazisində 35-10 kv-luq yeni yarımstansiya tikilərək istifadəyə verilib.

Görülən bu işlər, rayonun 8 kəndinin və suvarma üçün nəzərdə tutulan 6 ədəd su nasos stansiyasının fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.

Bildirilib ki, inşa olunan yarımstansiya Şüşün kəndi ilə yanaşı rayonun  7  kəndinin - Qaramahmudlu, Köhünlü, Sovla, Söyüdlər, Seyidlər, Ərəbxana və Çərtəyəz kəndlərinə də veriləcək.

Ümumilikdə, 1000 yaxın abonentə və 4000 minə yaxın əhalinin fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisinin verilməsi həyata keçiriləcək.

Bundan başqa, yarımstansiya əlavə olaraq, rayonda torpaqların suvarılması üçün nəzərdə tutulan Kür çayı üzərindəki 6 ədəd su nasos stansiyasına da xidmət göstərəcək.

Bu da öz növbəsində suvarmanın da vaxtında su ilə təmin olunması deməkdir.

Həmçinin 35-10 kv-luq yarımstansiyada 4 mv-lıq yeni transformator da quraşdırılıb ətraf abadlaşdırılıb və dekorativ ağaclar əkilib.

Kürdəmir elektrik şəbəkəsinin baş mühəndisi İxtiyar İmanov Bizim.Media-nın yerli bürosuna bildirib ki, hazırda bu işlər rayonun digər ərazilərində də mütəmadi olaraq davam etdirilir.

"Hazırda rayonun Ərəbqubalı və Çölqubalı kəndlərində keyfiyyətli və dayanıqlı elektrik enerjisinin verilməsi üçün elektrik təsərrüfatı yenidən qurulur. Həmçinin bu işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Bundan başqa rayonun Pirli və Axtaçı kənd ərazilərində 35-10 kv-luq yarımstansiyaların yenilənməsi işləri nəzərdə tutulub. Eləcə də digər kəndlərdə sıradan çıxmış transformatorlar həmçinin dirəklər yeniləri ilə əvəz olunacaq", - deyə İ.İmanov bildirib.






















Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin