Qalmaqallı Uşaq Evinin rəhbəri işdən ÇIXARILDI – RƏSMİ 

Hazırda oxunan: Qalmaqallı Uşaq Evinin rəhbəri işdən ÇIXARILDI – RƏSMİ 

130499

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işindən xaric edilib.

Bu barədə Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib. Onun sözlərinə görə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qalmaqallarla məşhurlaşan Uşaq Evinin direktoru 3 ildir qanunsuz İŞLƏYİRMİŞ – ŞOK DETALLAR


Qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin